Apr 09, 2021 16:38 Asia/Baku
  • Vaşinqton Post: “İŞİD lideri ABŞ-a xəbər verən olub”

Amerikanın Vaşinqton Post (The Washington Post) qəzeti İŞİD rəhbərinin terror qruplaşmasının lideri olmaqdan əvvəl, İraq həbsxanalarında ABŞ-ın gizli xəbər verəni kimi çalışdığını bildirib.

SəhərAzəri xəbər verir ki, Qəzetin internet saytında yayımladığı hesabatda “M060108-01” nömrəli iraqlı məhbusun amerikalılarla iş birliyi qurmaq istəyən bir model məhbus kimi xarakterizə edildiyini bildirib.

"Deyerler.org"un Yaxın Şərq KİV-nə istinadən yaydığı məlumata görə, hesabatda onun dəfələrlə amerikalılara kömək etməyə çalışdığı, xüsusən o zaman onun üçün İŞİD terrorçu qrupdakı rəqibləri haqqında məlumat vermək fürsəti yarandığı bildirilir. 2008-ci ildə bir neçə gün davam edən dindirmə zamanı üsyançı qrupun gizli media qanadının harada olduğu ətraflı məlumat verdi. Bir neçə həftə sonra Əbu Qasvara, ABŞ-ın İraqın Mosul bölgəsindəki hərbi əməliyyat zamanı aşkarlandıqdan sonra, öldürüldüyü deyilib. ABŞ rəsmiləri hesab edir ki, həmin məhbus daha sonra fərqli, Əbu İbrahim əl-Haşimi əl-Qureyşir adı ilə İŞİD-in hazırkı lideri olmuş şəxsdir. Bu həftə ABŞ səlahiyyətliləri terrorçu liderin yaraqlı kimi həyatının ilk günləri haqqında məlumat yayaraq, İraqdakı Amerika həbsxanalarında bir neçə ay saxlandığı barədə onlarla gizli sənədi üzə çıxardıb.

Daha əvvəl Pentaqon İŞİD liderinin Amerikanın xəbər verəni olduğunu göstərən bir neçə sənəd yayımlayıb.

Teqlər