Apr 10, 2021 16:47 Asia/Baku
  • AP üzvü: “Avropa İttifaqı İraqın məhvinə kömək etdi”

İrlandiyanın Avropa Parlamentindəki nümayəndəsi Mayk Vallas Tvitter ilə paylaşıdığı mesajında, İraqın məhv edilməsində ABŞ-a kömək etdiyinə görə, Avropa İttifaqını tənqid edib

SəhərAzəri Dəyərlər.org-a istinadən xəbər verir ki, Mayk Vallas tvitində bunları qeyd edib: “Avropa İttifaqı İraqın məhvinə kömək etdi və indi İraqın bərpasına kömək etməlidir. Bu, onlara borclu olduğumuz ən az şeydir və onlara borclu olduğumuz başqa bir şey, baş verənlər barədə həqiqəti söyləməyə başlamağımızdır”.

Vallas başqa bir tvitində İraqa son səfərindən bəhs edərək bunları yazıb: “İraqdakı vəziyyəti ən yaxşı anlamaq üçün İraqa getdim. ABŞ hərbçilərinin İraqa hücum etməsinə icazə verərək, bu ölkənin məhv edilməsində İrlandiyanın iştirakı üçün üzr istəmək fürsətim oldu”.

Avropa Parlamentinin irlandiyalı üzvü, son zamanlarda Suriyaya və Venesuelaya qarşı sanksiyaları dəstəkləyən ikiüzlülüyünə görə Aİ-ni tənqid etmiş və belə tyazmışdı: “Aİ-nin ABŞ-ın Venesuela və Suriyaya qarşı qanunsuz sanksiyalarına dəstəyi çox kədərlidir. Aİ-nin insan haqlarından narahat olduğunu söyləyib, eyni zamanda sanksiyaları dəstəkləyərək insanları ölümə məhkum etməsi ən pis riyakarlıqdır”.

Teqlər