Bayden bu şəxsi Rusiya işləri üzrə rəhbər gətirir
https://azeri.sahartv.ir/news/dünya-i375614-bayden_bu_şəxsi_rusiya_işləri_üzrə_rəhbər_gətirir
ABŞ Prezidenti Co Bayden Milli Təhlükəsizlik Şurasında Rusiya işləri üzrə şöbənin rəhbəriliyinə Metyu Rojanskini təyin edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 11, 2021 09:11 Asia/Baku
  • Bayden bu şəxsi Rusiya işləri üzrə rəhbər gətirir

ABŞ Prezidenti Co Bayden Milli Təhlükəsizlik Şurasında Rusiya işləri üzrə şöbənin rəhbəriliyinə Metyu Rojanskini təyin edəcək.

SəhərAzəri:Axar.az xəbər verir ki, bu barədə “Axios” qəzeti yazıb. Qəzetin məlumatına görə, Rojanski Ağ Evdə Rusiya ilə apardığı araşdırmalara görə sevilir, hətta onun ekspert kimi söylədiyi fikirlər də yerli KİV tərəfindən dərc olunur.

Bildirilib ki, buna baxmayaraq, Rojanskinin təyinatı Moskva qarşı güc siyasəti tətbiqi tərəfdarlarını ciddi narahat etməyə başlayıb.