Apr 13, 2021 18:07 Asia/Baku
  • NATO Baş katibi Rusiyaya xəbərdarlıq edib

Brüsseldə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və NATO Baş katibi Yens Stoltenberq arasında görüş keçirilib.

SəhərAzəri xəbər verir ki, görüşdən sonra keçirilən birgə mətbuat konfransında Y. Stoltenberq Rusiyanın Ukrayna ilə sərhədə son günlərdə minlərlə müharibəyə hazır hərbçsini göndərdiyini, vəziyyəti narahatlıqla izlədiklərini vurğulayıb.

O bildirib ki, son günlərdə Ukraynanın şərqində toqquşmalarda bir çox Ukrayna əsgəri həyatını itirib:

"Rusiyanın Ukrayna ilə sərhədə hərbçilərini cəmləşdirməsi qanunsuzdur və dərin narahatlıq yaradır. Rusiya Ukrayna ətrafında hərbçilərini cəmləşdirməyə dərhal son qoymalı, təxribatları bitirməli və gərginliyi azaltmalıdır".

Baş katib Rusiyaya beynəlxalq öhdəliklərinə əməl etməklə bağlı da çağırış edib:

"NATO-nun Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyi sarsılmazdır. Rusiyanın Krımı qeyri-qanuni ilhaqını qəbul etməyəcəyik. NATO Ukraynanın yanında olmağa davam etməkdədir".

Teqlər