ABŞ-ın Dallas şəhərində etiraz aksiyası keçirilib
ABŞ-ın Texas Ştatının Dallas şəhərində bu ölkə polisi tərəfindən qaradərili bir gəncin qtlə yetirilməsinə etiraz olaraq, aksiyası keçirilib.
SəhərAzəri xəbər verir ki, ABŞ-ın Texas ştatının Dallas şəhərində "Qaraların həyatı vacibdir" hərəkatının tərəfdarları Minneapolis şəhərində polisin atəş açması ilə 20 yaşlı "Dante Rayt" adlı afro-amerikan bir gəncin qətlə yetirilməsinə etiraz olaraq, əllərində plakatlar daşıyaraq və şüarlar səsləndirərək, polisin qaradərililərə qarşı irqçi zorakılıqlarını qınayıblar.
Etirazçılar əllərində "Qaraların həyatı vacibdir" və "Ədalət və sülh yoxdur" yazılı plakatlar tutaraq ədalət çağırışı edib və "Qaraların həyatı vacibdir" və "Məqsədyönlü zorakılığa son qoyun" kimi şüarlar səsləndiriblər.
"Brooklyn Center" şəhərinin polis idarəsinin 26 yaşlı qadın zabiti "Kim Pater" bazar günü Dante Raytı döş qəfəsi nahiyəsindən hədəfə alıb ki, aldığı ağır yara nəticəsində həyatını itirib.
"Brooklyn Center" şəhərinin meri Mayk Elliot da hadisədən və ardından başlayan etirazlardan sonra şəhərin polis rəisi "Tim Gannon"un istefa verdiyini açıqladyıb.
Minneapolis şəhərində son aylarda etiraz aksiyaları xeyli artıbdır və bu elə bir haldadır ki, Corc Floydu öldürməkdə günahlandırılan polis zabitinin məhkəməsi davam edir.