Rusiya qırıcısı Sakit okeanda ABŞ-ın kəşfiyyat təyyarəsi ilə üzləşdi+Video
https://azeri.sahartv.ir/news/dünya-i375891-rusiya_qırıcısı_sakit_okeanda_abŞ_ın_kəşfiyyat_təyyarəsi_ilə_üzləşdi_video
Rusiyanın Miq-31 qırıcısı ilə ABŞ-ın RC-135 kəşfiyyat təyyarəsi yenidən Sakit okeanda üz-üzə gəlib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 16, 2021 19:07 Asia/Baku

Rusiyanın Miq-31 qırıcısı ilə ABŞ-ın RC-135 kəşfiyyat təyyarəsi yenidən Sakit okeanda üz-üzə gəlib.

SəhərAzəri  Sputnik-ə istinadən xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyi Rusiyanın Miq-31 qırıcısının Sakit okean üzərində uçan ABŞ-ın RC-135 kəşfiyyat təyyarəsini müşayiət etdiyini açıqlayıb.

Miq-31 qırıcısı 10 aprel tarixində Sakit okeanda başqa bir RC-135 kəşfiyyat təyyarəsi ilə qarşılaşmışdı.

Nazirliyin açıqlamasına görə, bir Miq-31 qırıcısı hava hədəfini müəyyənləşdirmək və müşayiət etmək üçün Kamçatkadakı hava bazasından havaya qalxıb.

Nazirlik Rusiya ekipajının hava hədəfinin ABŞ-a məxsus RC-135 kəşfiyyat təyyarəsi olduğunu və ABŞ təyyarəsinin istiqamətini dəyişdirdikdən sonra rusiyalı ekipajın problemsiz bazaya qayıtdığını bildirib.

 

Nazirlik eyni zamanda, Rusiya qırıcısının “qarşısını alma” uçuşunu beynəlxalq hüquqa uyğun olaraq həyata keçirdiyini və Rusiya sərhədlərinin pozulmasına icazə verilmədiyini vurğulayıb.Deyerler.org