Volodin: ABŞ Rusiyaya bu istiqamətdən zərbə endirəcək
https://azeri.sahartv.ir/news/dünya-i375995-volodin_abŞ_rusiyaya_bu_istiqamətdən_zərbə_endirəcək
Rusiya ABŞ tərəfindən gələcək yeni iddiaları gözləməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 19, 2021 07:45 Asia/Baku
  • Volodin: ABŞ Rusiyaya bu istiqamətdən zərbə endirəcək

Rusiya ABŞ tərəfindən gələcək yeni iddiaları gözləməlidir.

SəhərAzəri Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib. O, ABŞ-ın zərbələrinin Rusiya sənayesi və yanacaq-energetika komplekslərinə yönəldiləcəyini bildirib:

“Tam aydındır ki, Rusiyanın güclü suveren dövlət kimi inkişafı sərfəli deyil. Üstəlik, bizim ölkənin dünyada müvafiq yer tutması fikrinin özü belə ABŞ və onun müttəfiqləri üçün qəbuledilməzdir. ABŞ-ın son zamanlarda isterik fəaliyyəti bununla əlaqədardır”, – deyə o bildirib.