Apr 19, 2021 16:02 Asia/Baku
  • Pandemiya ilə bağlı toplanmış neft ehtiyatlarının böyük hissəsi tükənib

Koronavirus pandemiyası dövründə tələbatın azalması nəticəsində yaranmış neft ehtiyatlarının kiçik hissəsi qalıb.

SəhərAzəri Dəyərlər.org-a istinadən xəbər verir kia. buna OPEC+ çərçivəsində hasilatın ixtisarı ilə bağlı tələbatın artması da təkan verib.

Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, fevral ayındakı vəziyyətə görə OECD ölkələrində ötən il ərzində yaranmış neft ehtiyatlarının cəmi 20 faizi, yəni 2020-ci ilin iyul ayındakı 249 milyon bareldən 57 milyon barel qalıb.

Belə ki, iqtisadiyyatın tədricən dirçəlməsi nəticəsində tələbatın artması qiymətlərin orta hesabla 67 dollar səviyyəsində cərəyan etməsini şərtləndirir.

“OECD ölkələrində neftin komersiya ehtiyatları artıq orta 5 illik göstəriciyə qayıdıb. Hazırkı ehtiyatların böyük əksəriyyəti Çinin payına düşür, orada neft ehtiyatları eyni səviyyədə saxlanılır”, - deyə “Citigroup İnc.” şöbə müdiri Ed Mors bildirib.

Hazırda OPEC+ çərçivəsində hasilatın qismən bərpası, habelə Braziliya və Hindistanda epidemioloji vəziyyətin kəskinləşməsi üzündən tələbatın azalması ehtimalı artdığı üçün yerdə qalan ehtiyatların istehlakı yubana bilər.

Qeyd edək ki, bir sıra ölkələrdə COVID-19 yoluxmaların artması ilə yanaşı, bu həftə neft ucuzlaşmağa başlayıb.

Teqlər