Mariya Zaxarova: "Rusiyaya qarşı aksiyaların arxasında ABŞ durur"
“Rusiya diplomatlarının Çexiyadan çıxarılmasının arxasında ABŞ durur”.
SəhərAzəri Dəyərlər.org- a istinadən xəbər verir kia. bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Rossiya 1” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqına üzv ölkələrin çoxsaylı problemləri var, siyasi-informasiya xarakterli tədbirlərlə həmin problemləri ört-basdır edirlər.
Qeyd edək ki, Çexiyanın baş naziri Andrey Babiş 2014-cü il aprelin 17-də ölkənin Vrbetis şəhərindəki bazada partlayışı Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarının törətdiklərini bildirib. Məlumata görə, Çexiya Rusiyanın 18 diplomatının 48 saat ərzində ölkəni tərk etməsini istəyib. Rusiya da cavab tədbiri kimi Çexiya səfirliyinin 20 əməkdaşını ölkədən çıxarır.