Makronun səfəri zamanı şəhərdə atışma olub, bir nəfər yaralanıb
https://azeri.sahartv.ir/news/dünya-i376013-makronun_səfəri_zamanı_şəhərdə_atışma_olub_bir_nəfər_yaralanıb
Fransanın Monpelye şəhərində naməlum şəxs atəş açıb və hadisə yerindən qaçaraq gizlənib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 19, 2021 13:02 Asia/Baku
  • Makronun səfəri zamanı şəhərdə atışma olub, bir nəfər yaralanıb

Fransanın Monpelye şəhərində naməlum şəxs atəş açıb və hadisə yerindən qaçaraq gizlənib.

SəhərAzəri Dəyərlər.org-a istinadən xəbər verir kia. hadisə aprelin 19-da günü birinci yarısında şəhərin mərkəzində yerləşən Beaux-Arts rayonunda baş verib.

Naməlum şəxs bir nəfərə kürəyindən atəş açıb. Ağır yaralanan 30 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Polis atəş açan şəxsin axtarışlarına başlayıb.

Məlumata görə, Fransa prezidenti Emmanuel Makron adıçəkilən şəhərdə səfərdədir. Onu daxili işlər naziri Jerald Darmenenin müşayiət edir.