Apr 20, 2021 10:52 Asia/Baku
  • Pakistanın baş naziri: “Qərbin İslam müqəddəslərinə qarşı təhqirlərinin əleyhinə beynəlxalq kampaniya başlatdıq”

Pakistanın baş naziri İmran Xan Qərbin İslam müqəddəslərinə qarşı təhqiramiz və küfr hərəkətləri ilə mübarizə aparmaq üçün beynəlxalq kampaniya başlatdığını açıqlayıb.

SəhərAzəri  Farsnews-a istinadən   xəbər verir ki, İmran Xan açıqlamasında bunları deyib: “Məqsəd müsəlman ölkələrinin liderlərinin islamofobiya və İslamın müqəddəslərinə təhqir məsələsində İslam ümmətinin gücünü göstərmək üçün birləşməsidir”.

 O, artıq BMT və Avropa İttifaqında bu mövzunu vurğuladığını qeyd edib.

 “Küfr edən hərəkətlər və Həzrət Peyğəmbərə (s) təhqir etmək müsəlmanların hisslərini incitdi. Bu ölkə İslam adı ilə inşa edilmişdir və xalqı öz dinlərini və peyğəmbərlərini sevir. İslamın müqəddəslərini təhqir etmək və bu mövzuda küfr etmək xalqımıza və ölkəmizə zərər verir”, - deyə o, bildirib.

Teqlər