Rusiya bu diplomatlara 72 saat vaxt verdi
https://azeri.sahartv.ir/news/dünya-i376068-rusiya_bu_diplomatlara_72_saat_vaxt_verdi
Bolqarıstanın Rusiyadakı səfiri Atanas Kristin Xarici İşlər Nazirliyinə çağırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 21, 2021 04:20 Asia/Baku
  • Rusiya bu diplomatlara 72 saat vaxt verdi

Bolqarıstanın Rusiyadakı səfiri Atanas Kristin Xarici İşlər Nazirliyinə çağırılıb.

SəhərAzəri Dəyərlər.org-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN məlumat yayıb.

Səfirə nazirliyin notası təqdim edilib. Qərara əsasən, Bolqarıstanın Rusiyadakı səfirliyinin Konsulluq Xidmətinin birinci katibi Nikolay Panayotov və bu qurumun digər əməkdaşı Çavdar Xristozov “arzuolunmaz şəxs” elan olunub.

Diplomatlara Rusiyadan çıxmaları üçün 72 saat vaxt verilib.

Bolqarıstan tərəfinin bu ilin mart ayında Rusiyanın Sofiyadakı səfirliyinin iki əməkdaşını “persona non qrata” elan etməsinə cavab olduğu bildirilib.