Apr 21, 2021 17:07 Asia/Baku
  • Ukrayna prezidenti Putinə görüş təklif edib

Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə münaqişəli Donbas bölgəsində görüş təklif edib.

SəhərAzəri kanalı xəbər verir kiaa. Vladimir Zelenski deyib: "Cənab Putini Donbasının istənilən nöqtəsində görüşməyə dəvət edirəm". 

Ukrayna prezidenti əlavə edib: "Ukrayna müharibə istəmir, lakin müharibə baş verərsə, sona qədər dayanacağıq".

Mediaların məlumatına görə, Donbasda separatçılarla Ukrayna hökuməti arasında gərginlik keçən həftədən bəri şiddətlənib".

NATO aprel və may aylarında Ukrayna və digər beş ölkə ilə Qara dəniz sularında böyük bir manevrə hazırlaşır, hansı ki, bunun Rusiyaya qarşı bir ssenari olduğu deyilir.

Teqlər