Apr 22, 2021 06:56 Asia/Baku
  • Almaniya qoşunları Əfqanıstanı ABŞ-dan iki ay əvvəl tərk edəcək

Almaniya Müdafiə Nazirliyi parlamentə Almaniya qoşunlarının Əfqanıstandan çıxarılmasını 4 iyul tarixində etmək istədiklərini bildirib.

SəhərAzəri:Almaniyanın “Deutsch Welle” xəbər agentliyinin verdiyi məlumata görə, Almaniya Müdafiə Nazirliyi ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması üçün Cozef Baydenin hökumət cədvəlindən ən azı iki ay əvvəl Almaniya qoşunlarını Əfqanıstandan çıxarmağa çalışır.

 Alman mətbuatının yazdığına görə, Almaniya ordusu, NATO müttəfiqləri ilə məsləhətləşərək, qoşunlarının Əfqanıstandan daha sürətli çıxarılmasına hazırlaşır.

 Nazirlik Bundestaq üzvlərinə (Almaniya Federal Parlamenti) Berlinin 4 iyul tarixində Əfqanıstandan qoşunlarını çıxarmağı planlaşdırdığını bildirib.

 Bundan əvvəl ABŞ-ın prezidenti Cozef Bayden 11 sentyabra qədər ABŞ əsgərlərini Əfqanıstandan tamamilə çıxarmaq niyyətində olduğunu bildirmişdi.

 Baydenin qərarı ABŞ-ın eks-prezidenti Donald Trampın Taliban ilə razılaşaraq, ABŞ-ın Əfqanıstandakı hərbi mövcudluğunun sona çatması üçün 1 may tarixini təyin etməsindən sonra verilib.

Teqlər