Apr 22, 2021 10:32 Asia/Baku
  • BMT baş katibi Ukraynanın şərqindəki hadisələrdən narahatdır

BMT baş katibi Antoniu Quterreş Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında, ölkənin şərqində atəşkəsin mütəmadi pozulmasından narahatlığını ifadə edib.

SəhərAzəri: “Report” xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

 “Baş katib, öz növbəsində, atəşkəsin dəfələrlə pozulmasından narahatlığını və hər hansı gərginliyin artmamasının vacibliyini bir daha vurğulayıb. O, eyni zamanda Normandiya formatı çərçivəsində Minsk razılaşmalarının tam həyata keçirilməsinə yönəlmiş səylərə dəstək veriləcəyəni də bəyan edib”-deyə, Dujarrik bildirib.

 Bundan başqa BMT rəhbəri Ukrayna lideri ilə koronavirus pandemiyasına qarşı mübarizəni də müzakirə edib.

 

Teqlər