Apr 24, 2021 22:01 Asia/Baku
  • ABŞ prezidenti Cozef Bayden erməni soyqırımını tanıyıb

Ağ Ev vebsaytı bir neçə saat əvvəl Cozef Baydenin bəyanatını yayıb; Cozef Bayden bəyanatda deyib: "Hər il bu gündə Osmanlı İmperiyasında soyqırım qurbanlarını anırıq".

SəhərAzəri xəbər verir ki, Ağ Ev bir bəyanatda, 1915-ci ildə ermənilərin Osmanlı İmperiyası tərəfindən öldürülməsini soyqırımı kimi qəbul edib.

Ağ Evin yaydığı bəyanata görə, 1915-ci il aprelin 24-də Konstantinopolda soyqırım kampaniyasının bir hissəsi olaraq,  erməni icmasının ziyalıları və liderlərinin Osmanlı hakimiyyəti tərəfindən həbsindən sonra  1,5 milyon erməni diportasiya edilib və soyqırımına məruz qalıb.

Ağ Evin açıqlamasında, həmçinin əlavə olunub ki, ABŞ hökuməti bu cür cinayətlərin təkrarlanmasının qarşısını almaqda öhdəliklidir.

Teqlər