Almaniyada insanlara COVID peyvəndi əvəzinə başqa məhlul vurulub
https://azeri.sahartv.ir/news/dünya-i376307-almaniyada_insanlara_covid_peyvəndi_əvəzinə_başqa_məhlul_vurulub
Almaniyada Aşağı Saksoniya federal torpağının Vilhelmshafen şəhər polisi ölkənin Qırmızı Xaç cəmiyyətinin əməkdaşı olan tibb bacısına qarşı cinayət işi qaldırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 26, 2021 04:55 Asia/Baku
  • Almaniyada insanlara COVID peyvəndi əvəzinə başqa məhlul vurulub

Almaniyada Aşağı Saksoniya federal torpağının Vilhelmshafen şəhər polisi ölkənin Qırmızı Xaç cəmiyyətinin əməkdaşı olan tibb bacısına qarşı cinayət işi qaldırıb.

SəhərAzəri Oxu.az-a istinadən xəbər verir ki, , o, yerli vaksinasiya mərkəzində çalışdığı zaman koronavirusa qarşı “BioNTech” peyvəndini fiziki məhlulla dəyişdirib.

“RİA Novosti”-nin yaydığı məlumata görə Hadisə aprelin 21-də baş verib. Bildirilib ki, tibb bacısı 6 ədəd şprisi dəyişdirib.

Hazırda peyvənd əvəzinə fiziki məhlul vurulan şəxslərin səhhətinin normal olduğu bildirilir.