Rusiyanın Ukraynadakı konsulu “persona non qrata” elan olunub
https://azeri.sahartv.ir/news/dünya-i376383-rusiyanın_ukraynadakı_konsulu_persona_non_qrata_elan_olunub
Rusiyanın Ukraynanın Odessa şəhərindəki konsulu “persona non qrata” elan olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2021 16:20 Asia/Baku
  • Rusiyanın Ukraynadakı konsulu “persona non qrata” elan olunub

Rusiyanın Ukraynanın Odessa şəhərindəki konsulu “persona non qrata” elan olunub.

SəhərAzəri xəbər verir ki, bu barədə məlumat Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) saytında yer alıb.

Məlumata əsasən,  rusiyalı diplomat aprelin 30-u günün sonunadək Ukrayna ərazisini tərk etməlidir.

Bildirilib ki, bu Rusiya XİN-in aprelin 26-da ukraynalı diplomatı “persona non qrata” elan etməsinə cavabdır.