Rusiya üçün SWIFT-i söndürə bilmərik - Borrell
https://azeri.sahartv.ir/news/dünya-i376446-rusiya_üçün_swift_i_söndürə_bilmərik_borrell
Avropa Birliyi “Şimal axını 2” qaz kəmərinin tikintisini dondurmağa imkan verəcək və Rusiya üçün SWIFT sistemini söndürəcək alətlərə sahib deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 29, 2021 07:50 Asia/Baku
  • Rusiya üçün SWIFT-i söndürə bilmərik - Borrell

Avropa Birliyi “Şimal axını 2” qaz kəmərinin tikintisini dondurmağa imkan verəcək və Rusiya üçün SWIFT sistemini söndürəcək alətlərə sahib deyil.

SəhərAzəri axar.az-a istinadl xəbər verir ki,bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib. O, SWIFT-in özəl beynəlxalq təşkilat olduğunu bildirib.

Borrell, həmçinin “Şimal axını 2”-nin AB-nin enerji mənbələrinin diversifikasiyasına xidmət etmədiyini deyib:

“AB dövlətləri hər məsələdə birliklərini saxlamalıdırlar. Biz AB-nin vahid xarici siyasət xəttini yaratmağa çalışırıq. AB liderləri Brüsseldə bir şey deyib, öz paytaxtlarına qayıdan kimi başqa cür hərəkət etməməlidirlər”.