Apr 30, 2021 13:26 Asia/Baku
  • Qırğızıstan və Tacikistan, qoşunları geri çəkmək barədə razılığa gəliblər

Qırğızıstan və Tacikistan dövlət sərhəd xəttindən qoşunları geri çəkmək barədə razılığa gəlib.

SəhərAzəri –nin RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bununla əlaqədar hər iki ölkənin rəsmiləri neytral zonada görüş keçiriblər.

Görüş nəticəsində hər iki ölkənin qoşunlarının dövlət sərhəd xəttindən geri çəkilməsi barədə razılıq əldə edilib.

Xatırladaq ki, hər iki ölkə Rusiyanın yaratdığı KTMT-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzvdür və hərbi-kəşfiyyat strukturlarında Moskvanın təsirləri güclüdür.

İstər Qırqızıstan, istərsə də Tacikistan regionda son zamanlar formalaşdırılmağa çalışılan yeni beynəlxalq ittifaqın iki potensial subyektidir. Qırğızıstan Orta Asiya ölkələri içində bəlkə bu inteqrasiyaya ən meylli respublika kimi tanınır. Tacikistan isə 9 il əvvəl Türkiyənin və Əfqanıstanın rəhbərliyi ilə yaradılan “Asiyanın Ürəyi – İstanbul Prosesi”nə qoşulub. Ekspertlərə görə iki ölkə arasında son atışmalarda regiondan kənar dövlətlərin rəqabətlərinin izlərini görmək olar.

 

 

Teqlər