May 04, 2021 14:42 Asia/Baku
  • Rusiya SWIFT-dən çıxarılacağı dövrə hazırlaşır

Rusiya xarici işlər nazirliyinin sözçüsü bildirib ki, Rusiya Dünya banklararası maliyyə rabitə kanalları cəmiyyətin SWIFT-dən çıxarılacağı dövrə hazırlaşır.

SəhərAzəri-nin məlumatına əsasən, Mariya Zaxarova «Russia Today» telekanalı ilə müsahibədə qeyd edib ki, Rusiya SWIFT-dən kənara qoyulacağı təqdirdə ehtimal olunan riskləri minimuma endirməyə çalışır.

Avropa Parlamenti son zamanlar bir qətnamədə Rusiyanın SWIFT maliyyə şəbəkəsindən qovulmasını istəmişdi.

Rusiyanın SWIFT-dən kənara qoyulması məsələsi son həftələr Moskva ilə Avropa Birliyi arasındakı əlaqələrin gərginləşməsi və Rusiyanın Brüsselin yeni sanksiyalarına səkkiz avropalı rəsminin sanksiya edilməsilə cavab verməsilə daha geniş miqyas alıb. Rusiya rəsmiləri bu məsələni ciddi şəkildə araşdırırlar.

SWIFT-Dünya banklararası maliyyə rabitə kanalları cəmiyyəti informasiyanın ötürülməsi və ödənişlərin aparılması üzrə beynəlxalq banklararası sistemdir. Bu sistem bütün dünyada maliyyə qurumlarına maliyyə əməliyyatları haqqında məlumatı təhlükəsiz, standartlaşdırılmış və etibarlı formada göndərməyə və əldə etməyə imkan verir.

 

Teqlər