May 11, 2021 15:46 Asia/Baku
  • Amerikanın Əfqanıstandan təhlükəsiz çıxmaq cəhdi

Amerika öz hərbçilərinin Əfqanıstandan təhlükəsiz çıxmaları üçün bu ölkədə “B-52” bombardmançıları da daxil olmaqla hərbi sursatlar yerləşdirib.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması prosesinin bu il sentyabrın on birinədək, yəni Amerikanın əkiz qüllələrinə hücumun və ABŞ-ın Əfqanıstana qoşun yeritməsinin ildönümünədək təkmilləşdirilməsi planlaşdırılır.

20 il Əfqanıstanda meydan sulayan ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxmaları asan deyil. Amerikalılar bu ölkədən çıxarkən Talibanın hücumuna məruz qalmaqdan son dərəcə nigarandırlar.

m.m- 2500 hərbçinin və on altı min amerikalı podratçının təhlükəsiz çıxışı prosesini təmin etmək üçün Əfqanıstanda altı ədəd «B-52» və on iki ədəd «F-18» qırıcısı yerləşdirilib.

Amerikalı hərbçilərin Əfqanıstandan çıxışı prosesi/ Amerikanın Talibanla olan Doha razılaşmasına əsasən, tam təhlükəsiz şəraitdə, bir neçə gün bundan öncə təkmilləşdirilməli idi, amma indi bu tarixin pozulduğu bir zamanda Taliban özünü həmin razılaşmaya borclu hesab etmir.

Talibanın başçısı Fitr bayramı münasibətilə verdiyi müraciətdə Doha razılaşmasının pozulmasının nəticələri haqda amerikalılara kəskin xəbərdarlıq edibdir.

Teqlər