May 15, 2021 11:09 Asia/Baku
  • Konqresin üzvü Baydenin sionist rejimə dəstəyini qınadı

ABŞ Nümayəndələr Palatasının demokrat üzvü Aleksandria Okasia Kortez bu ölkə prezidentini sionist rejimi dəstəklədiyinə görə qınayıb.

SəhərAzəri xəbər verir ki, Hill News-un verdiyi məlumata görə, Okasia Kortez Baydenin dedikləri barədə yazdığı tvittdə bildirir: “Bu cür şiddət dövrünün başladığı - fələstinlilərin deportasiyası və əl-Əqsa məscidinə hücum və fələstinlilərin insan haqlarından məhrum edilməsinin kiçik etirafı olmadan bu kimi korluğa vurulan ifadələr, ABŞ-ın insan haqları pozuntularına fərqli baxdığını göstərir. Bu səhvdir.

Xanım deputat qeyd edib ki, Baydenin yalnız Həmas adını çəkməsi və Fələstin hüquqlarını tanımaqdan imtina etməsi, fələstinlilərin bu şiddət dövrünə başladığı barədə yalan fərziyyələr yaradır. Bu ton neytral deyil, qərəzlidir və işğalçıların tərəfindədir.

Xatırladaq ki, mayın 13-də Ağ Evdə danışan Bayden İsrail rejiminin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında Tel-Əvivin özünü müdafiə etmə haqqına malik olduğunu bəyan edib.

Teqlər