May 18, 2021 16:24 Asia/Baku
  • Amerikalı məşhurlar fələstinlilərə dəstək verib

ABŞ-ın tanınmış simaları işğal olunmuş Şərqi Qüdsdə və blokada altındakı Qəzzə zolağında fələstinlilərə qarşı şiddət və irqçi münasibətlərinə görə İsraili tənqid edir.

SəhərAzəri "Anadolu"ya istinadən xəbər verir ki, onlar Vaşinqtonu Tel-Əvivə hər il verdiyi 3.8 milyard dollar yardımı dayandırmağa çağırır.

Məşhur aktrisa Suzan Sarandon, sosial şəbəkədəki səhifəsində Qəzzədə dağıdılmış bir binanın qarşısında ağlayan 10 yaşlı fələstinli Nadina Abdel-Taifin fotosunu paylaşıb.

“Hər il İsrailə 3.8 milyard dollar göndəririk. Bu, gündə 10 milyon dollar deməkdir. Ölkəmizdə hələ də pulsuz qida proqramını həyata keçirə bilmədiyimiz halda, vergilərimiz irqçiliyi maliyyələşdirir. Bu qınanmağa layiqdir", Sarandon yazıb.

Əsərləri dünyanın 30-dan çox dilinə tərcümə olunan yazıçı Naomi Klein isə "Tvitter"də sionist İsrailin hücumlarını tənqid edib.

 

Teqlər