Amerikada anti-sionist aksiya keçirilib
Amerika xalqından yüzlərlə nəfər sionist rejimin Fələstin xalqına qarşı cinayətlərinə etiraz olaraq, bu rejimin Nyu-Yorkdakı konsulluğu qarşısında aksiya keçirib.
SəhərAzəri-nin məlumatına əsasən, sosial şəbəkələrdə məzlum Fələstin xalqını himayə istiqamətində aksiyanın keçirilməsinə dair çağırışın ardınca Amerika xalqından yüzlərlə nəfər sionist rejimin Nyu-Yorkdakı konsulluğu qarşısında aksiya keçirib.
Aksiyaçılar sionist rejimin Qəzzə zolağında və qərb sahilindəki cinayətlərinə etiraz olaraq, şüar veriblər.
Nyu-York polisinin təhlükəsizlik tədbirləri arasında aksiyaçıların sayının artması bütün maneələrin və qoruyucu vasitələrin götürülməsinə bais olub və bütün küçə insanlarla dolubdur.
Belə bir halda, Amerika polisi Nyu-Yorkun müxtəlif bölgələrində, o sıradan BMT qarşısında Fələstinə dəstək verən aksiyaçılardan bir qrupunu həbs edib.
Digər tərəfdən, minlərlə nəfər ABŞ-ın Miçiqan ştatının Detroyt şəhərində geniş yürüş keçirib. Sionist rejimin Qəzzəyə qarşı hücumlarına etiraz edən yürüş iştirakçıları Fələstin xalqına öz dəstəklərini elan ediblər.