63 ölkə sionist rejimin cinayətlərinə baxılmasını tələb etdi
https://azeri.sahartv.ir/news/dünya-i377219-63_ölkə_sionist_rejimin_cinayətlərinə_baxılmasını_tələb_etdi
63 ölkə BMT-nin insan haqları şurasından istəyibdir ki, sionist rejimin müdafiəsiz Fələstin xalqına qarşı cinayətlərinə baxılması üçün iclas keçirsin.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 21, 2021 08:00 Asia/Baku
  • 63 ölkə sionist rejimin cinayətlərinə baxılmasını tələb etdi

63 ölkə BMT-nin insan haqları şurasından istəyibdir ki, sionist rejimin müdafiəsiz Fələstin xalqına qarşı cinayətlərinə baxılması üçün iclas keçirsin.

SəhərAzəri-nin məlumatına əsasən, Cenevrədəki islami ölkələrin səfirlərinin təşəbbüsü ilə bir məktub yazılıb və insan haqları şurasının sədrindən sionist rejimin Fələstin xalqına qarşı son cinayətlərinə baxılması üçün şuranın növbədənkənar iclasını keçirməsi istənilib.

Bu əsasda İslam Əməkdaşlıq Təşkilatına üzv 55 ölkə, həmçinin Meksika, Kuba, Venesuela, Boliviya, Namibiya, Eritreya, Çin və Cənubi Afrikaya şamil olan səkkiz qeyri-üzv ölkə sionist rejimə qarşı xüsusi iclasın keçirilməsi tələbinə dair məktuba qoşulubdur.