May 23, 2021 19:08 Asia/Baku
  • İsrail rejiminin bayrağı yandırıldı

İngiltərə xalqı sionist rejimin Londondakı səfirliyi önündə bu cinayətkar rejimin bayrağına od vurub.

Onlar, fələstinlilərə qarşı on bir gün qəddarcasına hücumlar zamanı onlarla müdafiəsiz fələstinlini qətlə yetirmiş Qüdsü qəsb edənlərin varlıqlarına qarşı öz maksimum nifrət və hiddətlərini ifadə ediblər.

Etirazçılar «İsrailə ölüm!», «İsrail terrorçu bir dövlətdir!» və «Yaşasın, Fələstin!» şüarları ilə cinayətkar və saxta sionist rejimin bayrağını yandırıblar.

Ötən bir həftə ərzində ikinci dəfədir ki, İngiltərədəki Fələstin tərəfdarları aksiya keçirərək, sionist rejim bayrağını yandırırlar.

Keçən həftə bu hərəkət «Neturey Karto» adlı ortodoks yəhudi ravvinlərin təşəbbüsü ilə keçirildi.

Teqlər