Rusiya Suriya prezident seçkilərinin nəticəsini alqışlayıb
https://azeri.sahartv.ir/news/dünya-i377443-rusiya_suriya_prezident_seçkilərinin_nəticəsini_alqışlayıb
Rusiya federasiya şurasının sədr müavini Bəşşar Əsədin qalib gəldiyi Suriya prezident seçkilərinin nəticəsini alqışlayıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
May 28, 2021 11:14 Asia/Baku
  • Rusiya Suriya prezident seçkilərinin nəticəsini alqışlayıb

Rusiya federasiya şurasının sədr müavini Bəşşar Əsədin qalib gəldiyi Suriya prezident seçkilərinin nəticəsini alqışlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Konstantin Kosaçev bu gün Ria-Novosti xəbər agentliyinə deyib ki, Bəşşar Əsədin Suriya prezident seçkilərində qalib gəlməsi ondan xəbər verir ki, bu ölkə xalqı Suriya problemlərinin siyasi həlli prosesini himayə edir.

Rusiya federasiya şurasının sədr müavini bildirib ki, Əsədin qələbəsi bəzilərinin, xüsusən Suriyadan kənardakıların xoşuna gəlməyə bilər, amma suriyalılar üçün Bəşşar Əsəd bu ölkənin bəzi hissələrində hərbi fəaliyyətlərin dayanması, hökumət mehvərinin bərpası, ölkənin durumunun yaxşılaşması və müsbət dəyişikliklər simvolu ola bilər.

O sonra deyib ki, suriyalı seçicilər seçkilərdə siyasi həll prosesinin davam etməsinə səs verdilər və Rusiya bu mühüm məsələdə Suriya xalqını himayə etməyə hazırdır.

Suriya parlamentinin sədri Həmmudə Səbbağ dünən gecə bir mətuat konfransında 2021-ci il Suriya prezident seçkilərinin qalibi kimi, səslərin 95,01 faizini toplamış Bəşşar Əsədi təqdim etdi.

14 milyondan çox suriyalı bu seçkilərdə iştirak edib. Bəşşar Əsəd on üç milyon 540 min 360 səs toplayıbdır.