"Brexit"in fəsadları: Avropalılar Britaniyaya buraxılmır
Britaniyada dərc edilən bir qəzet "Brexit" prosesi sona çatandan sonra Britaniya hökuməti tərəfindən Avropa vətəndaşlarının ölkəyə buraxılmaması hallarının əhəmiyyətli dərəcədə artdığını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə məlumat "Kuryer" qəzetində dərc edilib.
Məlumata əsasən, təkcə cari ilin ilk rübündə ümumilikdə 3 min 294 Avropa İttifaqı vətəndaşının Britaniyaya səyahətinə qadağa qoyulub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə çoxdur.
Britaniyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, Rumıniya, cari ilin ilk rübündə Londona buraxılmayan 2 mindən çox vətəndaşla, bu məsələdən ən çox əziyyət çəkən ölkə olubdur. Bu ölkə üçün bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 10 dəfə artıbdır.
Britaniyanın Avropa İttifaqını tərk etməsindən sonra Avropa vətəndaşları bu ölkədə yaşamaq və ya işləmək üçün viza almalıdırlar, lakin turistlərin hələ də İngiltərəyə vizasız səfərinə icazə verilir.
Londonun Avropa İttifaqından çıxmasından bəri, bu ölkənin maliyyə bazarları ciddi şəkildə bu məsələdən təsirlənib və tacirlərin və iş adamlarının çoxu ticarət mübadilələrində bir çox problemlə üzləşiblər.
Britaniyalıların çoxu "Brexit"dən sonra Avropa İttifaqının hətta ABŞ-dan daha çox onların ən böyük iqtisadi rəqibinə çevrildiyinə inanır.
London, 2016-cı ildə Avropa İttifaqından çıxmaq üçün keçirilən referendumdan sonra 2017-ci il mayın 29-da bunun üçün rəsmi prosesə başlayacağını açıqlayıb.
Britaniya nəhayət, 2020-ci il yanvarın 31-də rəsmi olaraq Avropa Birliyini tərk edib.