May 30, 2021 12:07 Asia/Baku
  • Londonda vaksinasiya müxalifləri aksiya keçiriblər

İngiltərədə ümumi vaksinasiya layihəsinə etiraz edən yüzlərlə nəfər səhiyyə protollarına riayət etmədən Londonda aksiya keçirib və bütün məhdudiyyətlərə son qoyulmasını tələb ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, İngiltərənin müxtəlif nöqtələrindən Londonun parlament meydanına toplaşan etirazçıların əllərində plakatlar olub.

Plakatların üzərində «Azadlıq müzakirə oluna bilməz!» və «COVID-19 vaksininə- Yox!» şüarları yazılmışdı.

Onlar «Azadlıq naminə birlik» adlanan bu aksiyada vaksin pasportu planının icrasını tənqid və korona məhdudiyyətlərinə dərhal son qoyulmasını tələb ediblər.

Belə bir halda, ötən iki ayda İngiltərədə məhdudiyyətlərin azalmasının kənarında koronanın yeni və daha yoluxucu növlərinin yayılması ilə bu virusa yoluxanların sayı ikiqat artıbdır.

Bu arada İngiltərə polisinin repressiv ixtiyarları və qüdrətinin artırılması layihəsinə qarşı çıxan yüzlərlə nəfər bir daha Londonda aksiya keçirib.

Londonun mərkəzində yerləşən Rassel meydanında aksiya keçirən etirazçılar polisin qüdrətinin artırılmasının neqativ təsirinə işarə ediblər. Onlar bu layihənin hökumət tərəfindən ləğv edilməsini istəyiblər.

Ötən ay bu layihəyə olan etirazlar polisin müdaxiləsi ilə zorakılığa çevrildi və bir neçə nəfər yaralandı.

İngiltərə parlamentinin üzvləri ötən ay hökumətin, polisin etirazçıları yatırmaq üzrə qüdrətinin artırılması barədəki qalmaqallı layihəsinin lehinə səs verdilər.

Bu qalmaqallı layihədə «parlamentə əlçatanlıq yaradacaq və ya cəmiyyətə nəzərəçarpacaq təxribatçı təsir göstərəcək zorakı etirazlarla mübarizə üçün polisin gücü artırılıbdır.

Teqlər