May 30, 2021 14:31 Asia/Baku
  • Vaşinqtonda Fələstinə dəstək aksiyası keçirilib

Amerika xalqından bir qrupu Fələstin xalqının hüquqlarını himayə istiqamətində Vaşinqtonda bir araya gəlib.

SəhərAzəri xəbər verir ki, Amerikada yaşayan fələstinlilər də daxil olmaqla müsəlman və ərəb azlıqlarından minlərlə nəfər şənbə günü Vaşinqtonda yerləşən Abrahaam Linkoln binasının önündə aksiya keçirib.

Fələstinə dəstək verən aksiyaçılar sionist rejimin cinayətlərini pisləyiblər.

Bundan öncə Amerikanın El-Paso və Çikaqo kimi digər şəhərlərində də Fələstin xalqına dəstək istiqamətində geniş aksiya keçirilibdir.

Amerikalı rəsmilər və senatorlardan bir çoxu indiyədək Ağ Ev-in qeyd-şərtsiz olaraq sionist rejimin cinayətlərini himayə etməsini tənqid edibdir.

Teqlər