İyun 01, 2021 18:00 Asia/Baku
  • ABŞ-ın Avropa liderlərindən casusluğuna reaksiya

Amerikanın Danimarkanın məxfi xidmətinin köməyilə Avropa liderlərindən casusluğu barədəki son ifşaçılıq bir çox reaksiyalar doğurub.

SəhərAzəri-nin məlumatına əsasən,  ABŞ və Danimarkanın birgə casusluq hərəkətinə ilkin reaksiyalarda Fransa prezidenti Emmanuel Makron deyib ki, əgər bu informasiyalar doğru olarsa, müttəfiqlər arasında bu məsələ qəbuledilməzdir.

Almaniya hökumətinin sözçüsü Ştefan Sibert də deyibdir ki, Amerikanın Almaniyanın kansleri Angela Merkel də daxil olmaqla qonşu ölkələrin liderlərindən casusluqla bağlı Danimarka ilə həmkarlığına dair məlumatı təqib etməkdəyik.

Ölkəsi bu ittihamların hədəfinə çevrilmiş və məlumatlara görə, bundan öncə casusluq məsələsindən xəbərdar olmuş Danimarkanın müdafiə naziri Trin Bramsen bu məlumata reaksiyada bildirib ki, yaxın müttəfiqlərdən sistematik gizli dinləmə qəbuledilməzdir.

Lakin indiyədək Amerika milli təhlükəsizlik agentliyi və Danimarka müdafiə kəşfiyyatı xidməti bu ittihamlara reaksiya verməyiblər.

Teqlər