NATO-nun baş katibi Rusiyanın Belarus və Çinlə əməkdaşlığından narahat olduğunu bildirib
NATO-nun baş katibi Yens Stoltenberq son aylarda Rusiya ilə Belarusun sıx əməkdaşlığından ciddi şəkildə narahat olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən,Yens Stoltenberqun sözlərinə görə, alyans Moskva və ya Minskdən gələn təhlükə qarşısında öz müttəfiqlərini müdafiə etməyə hazırdır. Stoltenberq Rusiya ilə Çin arasında əməkdaşlıqdan da narahat olduğunu bildirib.
Moskvada çıxan «Kommersant» qəzetinin bugünkü nömrəsində dərc olunmuş xəbərdə sonra belə deyilir:
"Müttəfiqlər son aylar Moskva ilə Minsk arasında daha sıx əməkdaşlıqdan ciddi narahatdırlar",— deyə Yens Stoltenberq "Welt am Sonntag" nəşrinə bildirib. O qeyd edib ki, keçmişdə Rusiya "Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyünü pozubdur".
"Mən həddən ziyadə sui-istifadə etmək istəmirəm. Lakin biz Belarusda baş verənləri sayıqcasına və çox diqqətlə izləyirik. Əlbəttə, biz fövqəladə vəziyyət yaranarsa, hər bir müttəfiqimizi Minskdən və Moskvadan gələn hər hansı təhlükədən qorumağa və müdafiə etməyə hazırıq"- deyə NATO-nun baş katibi əlavə edib.
Yens Stoltenberq NATO-nun, Rusiya ilə Çinin "həm siyasi, həm də hərbi cəhətdən"fəal əməkdaşlığını qeyd etdiyini də bildirib. Onun qənaətincə, bu, ciddi həyacan doğurur. "Hər iki ölkə birgə hərbi təlimlər, döyüş təyyarələrinin uzaq məsafəyə uçuşları və dəniz əməliyyatları həyata keçirir, həmçinin silahlanma və internetə nəzarət sahəsində öz təcrübələrini intensiv şəkildə bölüşür"- deyə o, bildirib.
NATO mayın sonunda «Ryanair» sərnişin təyyarəsinin Minskdə təcili eniş etməsini qəti şəkildə pislədi. Təyyarənin göyərtəsində «Neksta»(Nexta) belarus teleqram-kanalının keçmiş redaktoru, Belarus hökumətinin müxaliflərindən olan Roman Protaseviç olubdur. Bu hadisədən sonra Belarus prezidenti Aleksandr Lukaşenko Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşdü.
Bu arada, Belarus telekanalı ONT, Roman Protaseviçlə müsahibəsini nəşr edib və Protaseviç 2020-ci ildə Minsk küçələrindəki etirazları koordinasiya etdiyini və Minsk şəhərinin üç gün xaos yaşadğını etiraf edib.
Roman Protaseviç mayın 23-də Minskdə, Afinadan Vilnüsə uçan «Ryanair» aviaşirkəti təyyarəsinin təcili eniş etməsindən sonra saxlanılıb.