İyun 09, 2021 12:56 Asia/Baku
  • Blinken Amerika prezidentinin gözləntilərindən danışdı

ABŞ və Türkiyə arasında fikir ayrılıqlarının müzakirəsi iki ölkə başçılarının görüşündə əsas müzakirə mövzusu olacaq.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Dövlət katibi Entoni Blinken görüş ərəfəsində Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətinin Vaşinqton üçün dərin narahatlıq yaratdığını söyləyib.

O deyib: “Biz Türkiyənin lövbərini Qərbdə saxlamasında maraqlıyıq. Bizim Suriyada, terrorizmlə mübarizədə, Əfqanıstanda, Rusiya və İranın təsirinin qarşısının alınmasında Türkiyədən gözləntilərimiz var”.

Türkiyəli yazar və jurnalist Turqut Ər Səhər-Xəbər ilə müsahibədə bu dövlətin Birləşmiş Ştatlara müti olmayacağını söylədi. Onun fikrincə Ankaranın öz xarici siyasətini yalnız milli maraqları çərçivəsində təyin edir.

Xatırladaq ki, Türkiyənin Rusiya istehsalı olan S-400 zenit raket kompleksləri alması və ABŞ-ın Suriyada YPG kürd yaraqlılarını dəstəkləməsi daxil bir çox məsələlər Ankara-Vaşinqton əlaqələrinə kölgə salıbdır. Bu yaxınlarda isə Baydenin qondarma erməni soyqırımını tanıması əlaqələri həddən artıq gərginləşdirmişdir. Bu səbəbdən iyunun 16-da Bayden-Ərdoğan görüşündən nəsə gözləməyə dəyməz.      

 

Teqlər