İyun 12, 2021 16:53 Asia/Baku
  • Putin-Biden görüşü ərəfəsində Ukraynanın şərqində vəziyyət gərginləşib

ABŞ və Rusiya prezidentlərinin ilk görüşünə təkcə bir neçə gün qalmış, Ukraynanın şərqində, Rusiyapərəst separatçılarla mərkəzi hökumət qüvvələri arasında gərginlik yenidən artıbdır.

SəhərAzəri-nin məlumatına əsasən, separatçılar cümə günü Ukrayna ordusunu, onlardan beş nəfəri öldürməkdə günahlandırıblar. Kiyev isə bu ittihamı rədd edərək, bir əsgərinin separatçıların hücumu nəticəsində öldüyünü bildirib.

Ukraynanın şərqində Qondarma Luqansk Respublikasının rəsmiləri deyirlər ki, bir qrup ukraynalı diversant, separatçıların bölgəsinə daxil olub və onların qüvvələrindən beş nəfəri başlarından güllələyərək, vəhşicəsinə öldürüblər. Separatçıların bəyanatında deyilir: "Kiyev atəşkəs pozuntularını və terrorlarını yenidən başlayıb".

Ancaq Ukrayna ordusu bu iddiaları rədd edərək Şərqi Ukraynada baş verənlərin separatçı qruplar arasındakı qarşıdurmaların nəticəsi olduğunu söyləyib. Ukrayna ordusunun bəyanatında deyilir: "Separatçılar arasında çoxlu spirtli içki qəbul etdikdən sonra bir "dava" baş verib və onlardan biri yoldaşlarını güllələyib, sonra intihar edib".

Ukrayna ordusu, həmçinin ayrı bir açıqlamada, bildirib ki, əsgərlərindən biri separatçılar tərəfindən Kiyev qüvvələrinin Cənubi Donetskdəki mövqelərinə atılan bir əl qumbarasının partlaması nəticəsində ağır yaralanıb və nəhayət həyatını itirib".

Bu hadisələr elə bir halda baş verir ki, beş gündən sonra iyunun 16-da Cenevrədə Putin ilə Bayden arsında ilk görüşün keçirilməsi planlaşdırılır və Ukrayna məsələsi də tərəflər arasında müzakirə edilən mövzulardan olacaq.

Qərb və Kiyev həmişə, Kremlin Ukraynanın şərqindəki silahlı separatçıları dəstəklədiyini vurğulayırlar. Moskva isə bu iddianı rədd edir. 

Qeyd edək ki, bu arada ABŞ-ın hərbi gəmisi Qara Dənizə daxil olub.

Teqlər