İyun 13, 2021 14:44 Asia/Baku
  • Kanadada terror hücumu qurbanları ilə vida mərasimi keçirilib

Ötən bazar günü bir yük maşını sürücüsü tərəfindən terror hücumuna məruz qalmış bir kanadalı müsəlman ailənin üzvlərilə vida mərasimi Kanadanın Ontario ştatının London şəhərində keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Kanada xalqından yüzlərlə nəfər bu mərasimdə iştirak edib.

Pakistanın Kanadadakı səfiri Rza Bəşir Tərrar mərasimdə qısa çıxış edib və bildirib ki, cəsədlərin Kanada bayrağına bürünməsi bu ölkə xalqının onları müşayiət etməsinə bir dəlildir.

Mərasim Kanadanın əsas informasiya kanallarından birbaşa şəkildə yayımlanıb.

Ötən bazar günü bir Kanada vətəndaşı yük maşını ilə bu ölkənin Ontario ştatının London şəhərində küçədən keçən bir müsəlman ailəyə hücum etdi.

Bu hücumda bu müsəlman ailənin dörd üzvü öldürülüb, doqquz yaşlı oğlan uşağı ilə ağır şəkildə yaralanıbdır.

Bu cinayətin ardınca Kanada müsəlmanları həmin vəhşicəsinə hücumdan irəli gələn şok və iztirabla Kanadada azlıqların hüquqlarının pozulmasına və bu qrupların hüquqlarına riayətlə bağlı diqqətsizliyə etiraz ediblər.

Kanadada ekstremist və rasist əqidələrin yayılması vaxtaşırı bu ölkədə dini və irqi azlıqlara qarşı zorakılıq halları və terror hadisələrinin meydana gəlməsinə səbəb olur.

Teqlər