İyun 13, 2021 17:14 Asia/Baku
  • Koronavirusa qarşı 60 milyon doza vaksin məhv ediləcək

Koronavirusa qarşı amerikan peyvənd istehsalçısı- «Johnson & Johnson» Baltimor zavodunda buraxılmış bir səhvə görə, preparatın 60 milyon dozasını məhv etməlidir.

SəhərAzəri-nin məlumatına əsasən, bu məlumatı yayan Lenta.ru informasiya agentliyinin məlumatına görə,

ABŞ-ın qida maddələri və dərman preparatlarının keyfiyyətinə sanitariya nəzarəti İdarəsi (FDA) belə hesab edir ki, bir neçə vaksin partiyası yoluxmuş ola bilər və buna görə istifadəyə münasib deyildir.

Təşkilatın göstərişinə əsasən, Johnson & Johnson üçün vaksin istehsal edən «Emergent BioSolutions» şirkəti onun buraxılışını dayandırıb, çünki preparatın komponentləri təsadüfən «AstraZeneka» peyvəndi ilə səhv salınıb.

Hal-hazırda FDA, Baltimorda istehsal edilmiş «AstraZeneka» vaksinindən milyonlarla dozanı zay məhsul kimi yoxlayır.

Nəşrin məlumatına görə, ABŞ-ın qida maddələri və dərman preparatlarının keyfiyyətinə sanitariya nəzarət İdarəsi «Johnson & Johnson» preparatının təxminən 10 milyon dozasını bu dövlətin ərazisində paylanması və ya digər ölkələrə göndərilməsinə icazə verməyi planlaşdırır.

Belə bir halda, qurum vaksin alanları onunla xəbərdar etmək niyyətindədir ki, tənzimləyici orqanlar, «Emergent BioSolutions»in istehsal üzrə müəyyən edilmiş standartlara riayət etməsinə zəmanət verə bilməzlər.

Qeyd olunur ki, 60 milyon «Johnson & Johnson» dozasının itkisi, Amerika lideri Co Baydenin digər ölkələrdə vaksin yaymaq planını pozub. Buna görə, Amerika Prezident Administrasiyası FDA-nın bütün yoxlamaları başa çatdırmasını gözləmək məcburiyyətində qalmış olacaq.

Bundan öncə Kanada Baltimorda istehsal olunan 300 min doza Johnson & Johnson peyvəndindən imtina etdiyini elan edib.

"Yaranmış narahatlıq və ehtiyatlar üzündən, ölkənin səhiyyə nazirliyi vətəndaşların sağlamlığı və təhlükəsizliyinin qorunması məqsədilə alınmış vaksin partiyasını əhali arasında paylamayacaq", -deyə qurumun məlumatında deyilir.

Teqlər