İyun 16, 2021 20:30 Asia/Baku
  • Putinlə Baydenin Cenevrədə görüşü keçirilib

İsveçrənin Cenevrə şəhərində ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, görüşün əvvəlində Putin, Baydenlə görüşün konstruktiv olacağına ümid etdiyini bildirib. Bayden də üzbəüz görüşlərin həmişə təsirli olduğunu söyləyib.

Putin-Bayden görüşü elə bir halda baş tutub ki, Moskvaya görə, Qərb və Şərqin iki gücü arasındakı münasibətlər ən aşağı səviyyəyə enibdir. 

Təxminən beş saat davam edəcəyi ehtimal olunan görüşdə, Rusiya sərhədləri yaxınlığında NATO-nun aktivliyi, seçkilərdə müdaxilə, kiber hücumlar, insan haqları, silah nəzarəti, Suriya, Liviya və Ukrayna ilə əlaqəli məsələlər, İranın nüvə anlaşması və nüvə proqramı iki ölkə liderlərinin əsas müzakirə mövzuları olacaq. 

Teqlər