Amerika sanksiya ilə nəticəyə çatmayacaq
Rusiyanın ABŞ-dakı səfiri Amerikanın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək üzrə niyyətinə reaksiyada deyib ki, bu sanksiyalar nəticə verməyəcək və Moskvanın siyasətinin dəyişməsinə səbəb olmayacaqdır.
SəhərAzəri-nin məlumatına əsasən, Anatoli Antonov Bayden hökumətinin anti-Rusiya mövqeli Aleksey Navalnı ilə bağlı Moskvaya qarşı yeni məhdudiyyətlər hazırlamaqda olmasına dair son məlumata reaksiyada bildirib ki, ötən illərdə də Rusiyaya qarşı yüzlərlə sanksiya tətbiq olundu və göstərdi ki, biz sakitliklə öz iş-gücümüzü davam etdirə bilərik və mütləq şəkildə sanksiyalar Rusiyanın xarici siyasətinə, həmçinin hər halda onun daxili siyasətinə təsir göstərə bilməz.
Bu rus diplomat sonra bildirib ki, belə bir vəziyyətdə yaxşı olardı ki, Rusiyanı hədələmək yerinə, xas problemlərə baxılsın, zira təhdid, bacalma və sanksiya ilə, Moskvanın öz xarici və daxili siyasətlərini yenidən nəzərdən keçirərək, Vaşinqtonun göstərişlərini yerinə yetirəcəyini gözləmək olmaz.
Bundan qabaq Amerika milli təhlükəsizlik müşaviri Ceyk Sallivan demişdi ki, ölkəsi özünü Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlayır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da bu sözlərə reaksiyada bildirmişdi ki, Amerika Rusiyaya qarşı sanksiyaların tətbiqindən öz problemlərini həll etmək üçün bir vasitə kimi istifadə edir.
Moskva ilə Vaşinqton arasındakı münasibətlər son bir neçə ildə Rusiyanın ABŞ seçkilərinə qarışması iddiası, Aleksey Navalnı işi, Vaşinqtonun birtərəfli sanksiyaları, Ukrayna və Krım yarımadası böhranları kimi mövzular üstündə gərginləşibdir.