Son 20 ildə ABŞ-ın 30 mindən çox hərbçisi intihar edib
Bir araşdırmaya görə son 20 ildə ABŞ-ın 30 mindən çox hərbçisi intihara cəhd edib.
SəhərAzəri-nin məlumatına əsasən, "Braun" Universitetinin yeni araşdırması göstərir ki, 2001-ci ildən bəri intihar edən ABŞ hərbçilərinin sayı 30 min nəfəri ötübdür.
Araşdırmanın nəticələrinə görə, 11 sentyabr hadisələrindən sonra ABŞ-ın dünyadakı hərbi varlığının artması fonunda ABŞ-ın ən azı 30 min 177 hərbçisi intihara cəhd edib.
Araşdırmanın müəllifi Tomas Hovard, 2001-ci ilə qədər ABŞ hərbçiləri arasında intihar qurbanlarının sayının cəmi 7 min 57 nəfər olduğunu söyləyib.
Tədqiqat, ABŞ hərbçiləri arasında intihar qurbanlarının sayının, ehtiyat qüvvələri və Milli Qvardiyanı əhatə etmədiyi üçün bu rəqəmdən daha çox ola biləcəyini vurğulayır.
Araşdırmada deyilir ki, Əfqanıstanda müharibə sona çatdığı bir vaxtda, ABŞ əsgərləri arasında intihar artmaqdadır".
ABŞ hərbçilərinin itkiləri 2007-ci ildən bəri əhəmiyyətli dərəcədə azalıb, lakin bu göstərici, intihar qurbanlarının sayının əlavə olunması ilə 2012-ci ildə pik həddə çatıbdır. Son üç il də müvafiq olaraq, intihar baxımından ABŞ hərbçiləri üçün ən pis illər olublar.