AB-nin anti-rus rəftarı davam edir
Avropa Birliyinin başçıları bu orqanın xarici siysət üzrə məsul şəxsindən istəyiblər ki, Rusiyaya qarşı yeni sanksiyalar hazırlasın.
SəhərAzəri-nin məlumatına əsasən, Avropa Birliyinə üzv ölkələrin başçıları bu gün səhər saatlarında Brüsseldə keçirdikləri iclasda Cozep Borreldən istəyiblər ki, «Rusiyanın təxribatçı fəaliyyətləri» adlandırdıqları məsələ ilə mübarizə üçün bu ölkəyə qarşı iqtisadi məhdudiyyətlər də daxil olmaqla daha çox sanksiyalar işləyib hazırlasın.
Avropa ölkələrinin liderləri həmçinin Rusiya prezidenti Vladimir Putinlə iclas keçirmək üzrə Berlin və Paris tərəfindən irəli sürülən təklif üstündə razılığa gələ bilməyiblər, amma Borreldən istəyiblər ki, sanksiyaları hazırlamaqla yanaşı, Moskva ilə dialoq seçimlərini də araşdırsın.
Əksər hissəsini Moskvaya meylli olan rus mənşəlilərin təşkil etdikləri Krım yarımadasının əhalisi 2014-cü ilin martında bir referendumda Ukraynadan ayrılaraq, Rusiyaya qatılmağa səs verdi ki, bu da Rusiya prezidenti Vladimir Putinin razılığı ilə icra edildi.
Amma Ukrayna və bu ölkənin qərbli himayədarları bunu qanunsuz ilhaq adlandırdılar və Amerika və Avropa Birliyi bununla bağlı Moskva əleyhinə sanksiyalar tətbiq etdilər.