İyun 27, 2021 13:49 Asia/Baku
  • Təhlükəsizlik qüvvələri müqavimət göstərməyiblər

Əfqanıstanın Təxar vilayətinin Rəstaq rayonu hökumət qüvvələrinin müqaviməti olmadan Talibanın əlinə keçib.

SəhərAzəri-nin məlumatına əsasən, Təxarın yerli mənbələri deyirlər ki, təhlükəsizlik qüvvələri dünən gecə Rəstaq rayonundan geri çəkilibilər və bu rayon tam şəkildə Taliban-ın nəzarəti altına keçibdir.

Belə bir halda, son günlər Rəstaq rayonunda təhlükəsizlik qüvvələri ilə Taliban arasında şiddətli döyüşlər getmiş və bu vilayətin təhlükəsizlik rəsmiləri Rəstaq rayonunun bir sıra kəndinin təmizlənməsindən xəbər vermişdilər.

Rəstaq rayonunun itirilməsilə «Mavəraye Kukçe» rayonu da Taliban tərəfindən ələ keçirilibdir.

Teqlər