İyun 29, 2021 18:42 Asia/Baku
  • Hərbi təlimlər iyulun onunadək davam edəcək

Rusiya müdafiə nazirliyi bir bəyanatda bildirib ki, Qara dəniz hərbi təlimlərində iştirak edən hərbçilərin hərəkətlərini izləyir.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya müdafiə nazirliyi sonra bildirib ki, bu ölkənin qara dəniz donanmasının qüvvələri və təchizatları NATO-nun və «Dəniz nəsimi-2021» təlim-məşqlərində iştirak edən digər ölkələrin birgə silahlı qüvvələrinin hərbi gəmilərinin hərəkətlərinə nəzarət etməkdədirlər.

«Dəniz nəsimi-2021» təlim-məşqləri iyunun 28-dən iyulun onunadək Qara dənizdə və otuz iki ölkənin təqribən dörd min əsgərə, yüz nəqliyyat vasitəsi və zirehli transportyoruna, otuz təyyarə və qırx gəmiyə şamil olan qüvvələrinin iştirakı ilə keçirilir.

Rusiya müdafiə nazirliyinin sözçüsü bundan qabaq bildirmişdi ki, NATO bu təlimlərdən Ukrayna hərbçilərinin təchizatlarını təmin etmək üçün istifadə edir.

Teqlər