Fransa prezidentinin oxu daşa dəydi
Makronun islamofob mövqeyi onun üçün əks nəticələr verdi
İyun 29, 2021 21:06 Asia/Baku
Tunisdə yerləşən strateji araşdırmalar mərkəzinin direktoru deyib ki, Fransa prezidentinin islamofob mövqeyi onun üçün əks nəticələr verib.
SəhərAzəri-nin məlumatına əsasən, Əhməd Əlbərqavi bildirib ki, o, bu kimi hərəkətlərlə ekstremist sağçıları cəzb etmək istəyirdi, amma son əyalət seçkilərində ağır məğlubiyyətə uğradı.
Fransa parlamentinin üzvləri də bundan öncə İslam dininə və müsəlmanlara qarşı bir qanun qəbul etmişdilər. Ona əsasən, hökumət, ibadətgahları və mədrəsələri bağlamaq və Parisə görə, ifratçı olan çıxışlara mane olmaq imkanına malikdir.
Fransa 67 milyon nəfər əhali ilə Avropada ən çox, yəni beş milyon nəfərdən çox müsəlmana malikdir. Amma bu ölkədə müsəlmanlara qarşı geniş məhdudiyyətlər icra olunub.