İyun 30, 2021 15:01 Asia/Baku
  • Fransada delta virusu
    Fransada delta virusu

Fransada delta virusunun yayıldığı ərazilərdə peyvənd olunan insanların çoxu yenidən bu virusa yoluxublar. Təəssüflə Fransada bu mutasiyalı virus bu günə qədər bir neçə insanın ölümünə səbəb olub.

SəhərAzəri-nin məlumatına əsasən, Koronavirusun ilk versiyası, Cənubi Afrikanın Beta, Braziliyanın Qama, İngiltərənin Alfa viruslarından sonra, hazırda da Hindistanın mutasiyaya uğramış Delta ştammı bütün Fransada yayılmaqdadır.

Fransadakı regional səhiyyə qurumlarının məlumatına əsasən,  son iki həftədə, mutasiyalı delta virusuna yoluxma nisbəti 8 faizdən 20 faizə yüksəlib ki, bu da virusun hücumu və yüksək yoluxdurma qabiliyyətinin nişanəsidir.

Fransa hökumətinin sözçüsü Qabriel Attal deyir: "Fransada mutasiyalı Delta virusu sürətlə yayılmaqdadır. Parisdə yoluxma nisbəti 12 faiz, ölkənin cənub-qərbindəki Landa şəhərində isə 70 faizə çatıbdır. Ölkədə indiyədək yüzlərlə delta virusuna yoluxma faktı qeydə alınıb".

Fransa Səhiyyə Nazirliyinə görə, delta virusunun , yayılma qabiliyyəti Britaniya ştammına nisbətən 40-60 faiz daha çoxdur, halbuki, Britaniya virusu adi koronavirusa nisbətən yoluxma qabiliyyəti 50 faiz daha çoxdur. Delta virusunun bütün ölkədə yayılması ilə bağlı xəbərdarlıq, hansı ki, infeksiyanın dördüncü dalğasını təşkil edəcək, Fransanın Ali Elmi Şurasi və ekspertləri tərəfindən təsdiqlənib. 

Hal-hazırda delta virusu, Fransadakı bütün viral infeksiyaların 20 faizi nitəşkil edir ki, bu da infeksiyanın tüğyan edəcəyinin əlaməti ola bilər. Delta virusu digər virus növlərindən daha təhlükəlidir və daha yoluxucudur.

Təhlükəli delta virusu indiyədək dünyanın 85-dən çox ölkəsinə aşkar edilib və Avropada qorxunc bir şəkildə yayılmaqdadır.

Teqlər