İyun 30, 2021 18:54 Asia/Baku
  • Putin
    Putin

Rusiya prezidenti İngiltərə gəmisinin bu ölkənin su sərhədlərini pozmaqdan hərbi məqsədlər daşıdığını və bu provakasiyanın arxasında ABŞ-ın dayandığını söyləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya prezidenti Vladimir Putin İngiltərənin hərbi gəmisinin Rusiya sularına daxil olmasını təxribat kimi dəyərləndirib və onu qınayıb.

"Sputnik"in məlumatına görə, Putin bir sual-cavab verilişində İngiltərənin hərbi gəmisinin Rusiyanın su sərhədlərini təhrikedici şəkildə pozmaqdan hərbi məqsədlər daşıdığını söyləyib. 

Rusiya prezidenti daha sonra təxribatda İngiltərədən əlavə Amerikalıların da rol oynadığını söyləyib.

Putin bu addimin Rusiyanın hərbi reaksiyasını yoxlamaq məqsədi daşıdığını bildirərək, deyib: "Hətta əgər Krım yaxınlığında İngiltərənin hərbi gəmisini batırsaydıqda, dünyanın III Dünya Müharibəsinin astanasında olacağı ehtimalı yox idi".

Keçən həftənin Çərşənbə günü, Britaniyaya məxsus bir hərbi gəmi Rusiyanın Qara dənizdə sərhdlərini pozandan sonra bu ölkənin hərbi gəmisi və qırıcı təyyarəsinin xəbərdarlıq atəşi ilə üzləşib.

Rusiya Müdafiə Nazirliyi bir açıqlamada bildirilib ki, rus gəmisindən başqa Su-24M təyyarəsi də “Defender”in hərəkət istiqamətinə xəbərdarlıq bombası atıb.

Bəyanatda deyilir: "Qara dənizin şimal-şərqində əməliyyat aparan bu gəmisi Rusiya sərhədini pozub və Fiolent burnu rayonunda üç kilometr Rusyianın nəzarətində olan sulara keçib".

İngiltərə Müdafiə Nazirliyi isə ingilis gəmisinin Ukrayna yaxınlığındakı sularda dinc hərəkət etdiyini və Rusiya donanması tərəfindən ona atəş açılmadığını iddia edib.

Bununla belə, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bu qarşıdurmanı təsdiqləyib və belə bir hadisənin Rusiyanın Kiyevə və müttəfiqlərinə qarşı aqressiv və təxribatçı siyasətinin bir əlaməti olduğunu iddia edib.

Amerikanın "Karneqi Beynəlxalq Sülh Fondu" bu qarşıdurma ilə bağlı hesabat dərc edib və yazıb: "Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Cozef Baydenin Cenevrə görüşdən bir həftədən az bir müddətdə Krım sahillərində İngiltərə ilə Rusiya arasında yaşanan hadisə Kremlin qırmızı xətləri üçün bir sınaq oldu".

Teqlər