İyul 01, 2021 20:25 Asia/Baku
  • Delta ştammı üstünlük təşkil edir

Ümumdünya Səhiyyə Təşkilatı Avropada koronaya yoluxma hallarının bir daha artmasından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Ümumdünya Səhiyyə Təşkilatı bu gün bildirib ki, koronavirusa yoluxma hallarının azalmasından on həftə sonra Avropada koronaya yoluxanların sayı yenidən artmaqdadır.

Almaniyanın səhiyyə naziri Yens Şpan bir mətbuat konfransında koronanın delta ştammı ilə bağlı proqnozda bildirib ki, cari ilin iyul ayında bu ölkədə koronavirusa yoluxanların yetmiş-səksən faizi delta ştammından olacaq.

Koronavirusun mutasiya etmiş Hindistan ştammı Belçika, İsveçrə, Yunanıstan və İtaliya da daxil olmaqla bəzi Avopa ölkələrində yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu ştamm ikiqat mutasiyaya görə, digər ştammlardan daha yoluxucudur.

Koronavirus 2019-cu ilin dekabrında ilk dəfə olaraq, Çinin Hubey əyalətinin Uhan şəhərində müşahidə olunub.

2020-ci ilin əvvəllərinədək demək olar ki, dünyanın əksər ölkələri koronaya yoluxma halları ilə üzləşdilər və nəhayət 2020-ci il martın on birində Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliyin pandemiya olduğunu təsdiq etdi.

Öncə iddia olundu ki, bu virus laboratoriyada düzəldilib, amma sonradan Ümumdünya Səhiyyə Təşkilatı bildirdi ki, bu xəstəlik heyvan mənşəlidir və onun genomu tamamilə təbiidir.

Teqlər