Qara dənizdə iki hərbi təlim
NATO ilə bir vaxtda Rusiya da hərbi təlimlər keçirir
Rusiya Qara dənizdə hərbi təlimlər keçirir.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya ordusunun dəniz qüvvələrinin Qara dənizdəki hərbi təlimləri NATO-nun bu dənizdəki hərbi təlimləri ilə bir zamanda keçirilir.
Rusiya ordusunun Qara dənizdəki dəniz qüvvələri bu gün bir bəyanatda bildiribdir ki, bu qüvvələr qeyd olunan hərbi təlimlərdə iki hərbi gəmidən Qara dənizdəki
dəniz və hava hədəflərinə tərəf artilleriya atışı həyata keçirib.
Rusiya ordusunun dəniz qüvvələrinin bu hərbi təlimləri bu ölkənin raket müdafiə sisteminin Krım yarımadasındakı sınağından iki gün sonra keçirilir.
NATO ötən bazar ertəsi günü Rusiyanın xəbərdarlığına rəğmən, Qara dənizdə «Dəniz nəsimi-2021» adı altında transmilli hərbi təlimlərə başladı. ABŞ və Ukrayna, iki həftə sürəcək bu təlimlərin önündə dururlar.
Ukrayna bu təlimlərin keçirilməsində əsas məqsədi, transmilli sülh və təhlükəsizlik əməliyyatları zamanı müştərək hərəkətlərdə təcrübə kəsb etmək adlandırıb.
Belə bir halda, Rusiya xarici işlər nazirliyi bildiribdir ki, həmin hərbi təlimlər bu ölkənin sərhədləri boyu səbatsızlıq yaratmaq məqsədilə keçirilir.
Rusiyanın Vaşinqtondakı səfirliyi ötən həftə bu təlimlərin ləğv edilməsini istəmişdi.
Rusiyanın müdafiə nazirliyi də vurğulamışdı ki, lazım gələn təqdirdə, bu ölkənin milli təhlükəsizliyini qorumaq üçün reaksiya verəcəkdir.
Qara dəniz Rusiya və Qərbin əsas qarşıdurma meydanıdır.
NATO-nun dəniz bölmələri ardıcılı şəkildə Qara dənizdə iştirak edir və hər il Gürcüstan və Ukrayna sahillərində hərbi təlimlər keçirirlər. Rusiya bu təlimlərin yekun düşməni kimi qələmə verilir.
NATO son illərdə «Moskvanın Qərbə qarşı təhdidləri» bəhanəsilə Rusiya ərazisinin yaxınlığında və bu ölkə ilə həmsərhəd bölgələrdə geniş iştiraka malik olubdur.
Qərb-Moskva münasibətləri 2014-cü ildən Suriyanın durumu, Baltik dənizi, Ukrayna böhranı, Şərqi Avropa və Rusiya yaxınlığında Amerika xüsusiyyət təşkil etməklə NATO-nun hərbi nüfuzunun genişlənməsi kimi dörd istiqamətdə kəskinləşibdir.