ABŞ-ın Əfqanıstandan çıxması, məğlubiyyətə etiraf idi
Ağ Ev Əfqanıstana yalnız bədbəxtlik gətirdi
Rusiyanın xarici işlər naziri bu fikirdədir ki, amerikalı qüvvələrin Əfqanıstandan çıxmaları əslində ABŞ-ın/ bu ölkədəki tapşırığının məğlubiyyətini qəbul etməsi deməkdir.
SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov qeyd edib ki, Amerika təkcə öz qüvvələrini Əfqanıstandan çıxarmır, o həm də bu hərəkətlə öz tapşırığını yerinə yetirməkdə nakam qaldığını qəbul edir.
Amerika bir neçə dəfə vədə xilaf çıxdıqdan sonra bildirdi ki, öz qüvvələrini 2021-ci il sentyabrın on birinədək Əfqanıstandan çıxaracaq.
Amerikalı qüvvələrin biabırçılıqla Əfqanıstandan çıxmaları fonunda qeyd etmək lazımdır ki. Amerikanın təqribən iyirmi il Əfqanıstanda iştirak etməsi bu ölkənin məzlum xalqından on minlərlə nəfərin qırğın edilməsi, infrastrukturların dağıdılması və narkotik maddələr istehsalının artmasından başqa, heç bir nailyyət gətirməyibdir.
ABŞ və müttəfiqləri Əfqanıstanda terrorizmlə mübarizə və təhlükəsizliyin təmini bəhanəsilə 2001-ci ildə bu ölkəyə hücum etdilər və bu qəsbkarlıq Əfqanıstanın iqtisadi bünövrələrinin məhvinə, toqquşmaya və savaşa bais olub və əmin-amansızlıq və terrorizm də artıbdır.