İyul 12, 2021 08:07 Asia/Baku
  • Kabil hava limanında raket müdafiə sistemi quraşdırılıb

Əfqanıstan hökuməti Kabil beynəlxalq hava limanında ilk dəfə olaraq raket müdafiə sisteminin quraşdırıldığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Əfqanıstanın müdafiə və daxili işlər nazirliklərinin məsul şəxsləri bildiriblər ki, hava hücumundan müdafiə sistemi Kabil şəhərinə qarşı raket hücumlarını zərərsizləşdirmək üçün bazar günü səhər tezdən aktivləşib.

Əfqanıstanın müdafiə və daxili işlər nazirliklərinin hava hücumundan müdafiə sisteminin quraşdırıldığı məkana işarə etməsələr də müəyyən mənbələr bildiriblər ki, bu sistem Hamid Kərzay adına beynəlxalq hava limanında quraşdırılıb.

Teqlər